Azerfon Qafqaz Universitetinin 25 tələbəsini mükafatlandırdı

Azerfon Qafqaz Universitetinin 25 tələbəsini mükafatlandırdı

Sentyabrın 15-də Azerfon şirkəti Qafqaz Universitetinin yeni dərs ilinin başlanmasına həsr edilmiş tədbirdə iştirak etmişdir. Tədbir zamanı "Azerfon" şirkəti Qafqaz Universitetinin müəllim və tələbə heyətini yeni dərs ili münasibətilə təbrik edib, 600-700 balla qəbul olunmuş tələbələri qiymətli hədiyyələrə mükafatlandırıb.

SİA-nın aldığı məlumata görə, tədbirdə çıxış edən "Azerfon"un Korporativ Ünsiyyət Şöbəsinin rəhbəri Elşad Fərzəliyev İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində yerli kadr potensialının inkişafına şirkətin daim dəstək olduğunu vurğulayıb: ""Azerfon" şirkəti olaraq biz təhsil sahəsində ən keyfiyyətli ali məktəb olan və yüksək savadlı məzunları ilə seçilən Qafqaz Universitetini təbrik edirik. Qafqaz Universitetinə 700 balla qəbul olunmuş 4 Prezident Təqaüdçüsü, və 600-dan çox bal toplamış daha 21 tələbəni mükafatlandırmaq bizim üçün böyük fəxrdir. Çox sevindirici haldır ki, ən yüksək bal toplamış bu tələbələrin çoxu kompyuter mühəndisliyi ixtisasını seçmişlər, və bu da, Azərbaycanın gələcəkdə İKT ölkəsində çevrilməsi üçün böyük potensiala malik olduğunu göstərir".


"Azerfon" nüməyəndəsi təhsilin inkişafına, təhsildə mobil texnologiyaların tətbiqinə yönəlik layihələrə dəstəyin şirkətin korporativ sosial məsuliyyət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Buna misal olaraq Azerfon tərəfindən istedadlı tələbələr üçün təşkil edilən "İstedad sizdə, imkanlar bizdə" yay təcrübə proqramı qeyd edilib. Yay təcrübəsi proqramı vasitəsilə 10-dan artıq tələbə Azerfon şirkətində 3 ay müddətində texniki biliklərini təcrübədə tətbiq etmək və sonra şirkətdə daimi iş qazanmaq imkanı əldə edirlər.


Tədbirin sonunda ən yüksək bal toplamış 25 tələbəyə "Azerfon" nümayəndəsi tərəfindən 3G mobil internet imkanı verən data kartları hədiyyə kimi təqdim edib.


"Nar Mobile" və "Azerfon-Vodafone" ticarət nişanları ilə tanınan "Azerfon" 2007-ci ildə fəaliyyətə başlayıb və hazırda ölkənin ən innovativ və şəffav telekommunikasiya şirkətidir. Azərfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsl şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.


Bütün xəbərlər Facebook səhifəmizdə