Sumqayıt bu gün ən əhəmiyyətli şəhər kimi çıxış edir və yeni ənənələr formalaşır. Cənab prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Sumqayıt bu gün kreativ şəhərlər sırasındadır. Bunu bu gün SİA-ya Sumqayıtın \"Şəhər günü\"ndə jurnalisitlərin suallarını cavablandırarkən şəhər icra hakimiyyətinin (SŞİH ) başçısı Eldar Əzizov bildirib: "Sumqayıt sənaye mərkəzi kimi formalaşıb və paralel olaraq Sumqayıtda turizm də inkişaf etməlidir. Beşulduzlu otel tikilməsi isə sumqayıtın inkişafına yeni bir təkan olacaq".
Eldar Əzizov Sumqayıtdakı "Nəsimi" parkının turizmin inkişafında müstəsna rola malik olduğunu söyləyib: "Nəsimi parkında münbir şərait mövcuddur. Burada çimərliyin, parkın və şəhərə çıxışın olması bizim bu planlarımızı həyata keçirməyə imkan yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB