Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedəcək

Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 19-da Səudiyyə Ərəbistanına yola düşür.


QMİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfərdə məqsəd Mədinə şəhərində sentyabrın 20-də keçiriləcək "Küfrün təzahürləri (səbəbləri, nəticələri, həlli yolları)" mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.


İki Müqəddəs Məscidin xadimi Kral Abdulla bin Əbdüləziz Al-Səudun himayəsi ilə Əmir Nayif bin Əbdüləziz Al-Səud adına Peyğəmbər sünnələri və müasir İslam tədqiqatları üzrə Beynəlxalq Mükafat Fondunun təşkilatçılığı ilə baş tutan bu mötəbər konfransa Şeyxülislam A. Paşazadə fəxri qonaq kimi dəvət olunub.


QMİ sədrinin tədbirdə çıxış edəcəyi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə