Velosipedlə hərəkət vasitələrinin yoluna çıxma nəticəsində baş verən yol qəza hadisələrinin sayı çoxalıb. Cari ildə baş verən belə qəzalar nəticəsində ölüm və yarılanların sayı artıb. Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu qəzaların baş verməsində əsas səbəb azyaşlı uşaqların velosipedlə nəqliyyatın hərəkət etdiyi yola çıxması olur: \"Diqqətə çatdırmaq istəyirəm ki, 14 yaşına qədər uşaqların velosipedlə nəqliyyat hərəkəti yoluna çıxması qadağandır. Azyaşlı uşaqlar həyətdə, parklarda, stadionlarda velosiped sürə bilərlər. Uşaqlar hərəkət vasitələrinin yoluna çıxanda velosipeddən düşməli və yalnız bundan sonra yolu keçməlidirlər. Bu cür hallara qarşı ciddi tədbirlər görülür və bu istiqamətdə mübarizə daha da ciddiləşdiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB