Əlilliyi olan insanların hüquqlarının qorunması Avropa Şurası ilə birgə müzakirə edilib
Bu gün Avropa Şurasının (AŞ) Sosial Birlik üzrə Baş Direktorluğu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Əlilliyi olan insanların hüquqlarının və cəmiyyətdə iştirakının təşviq edilməsi üzrə Fəaliyyət Planı"nın (2006-2015-ci illər) həyata keçirilməsi" mövzusunda birgə seminar keçirib. SİA-nın xəbərinə görə, seminarda əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov, AŞ-nın Sosial birlik üzrə baş direktorluğunun nümayəndələri, Milli Məclisinin üzvləri, ayrı-ayrı hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Tədbirdə məqsəd əlilliyi olan insanların sosial müdafiəsi, hüquqlarının təkmilləşdirilməsi və etibarlı müdafiəsi, həmin şəxslərin cəmiyyətə fəal inteqrasiyası istiqamətində beynəlxalq təcrübədən istifadə olunmaqla görülən işləri, qarşıda duran vəzifələri müzakirə etməkdən ibarətdir. AŞ ekspertlərinin bu sahədə ölkəmizə dəstəyinin nəzərdən keçiriləcəyi seminar "Əlilliyi olan insanların hüquqlarının və cəmiyyətdə iştirakının təşviq edilməsi üzrə Fəaliyyət Planı"nın (2006-2015-ci illər) ölkəmizdə icrası ilə bağlı təbliğat xarakteri daşıyır.
Tədbirin təşkili əlilliyi olan insanların hüquqlarının qorunması, mövcud potensial imkanlarının düzgün qiymətləndirilərək reallaşdırılması üçün şəraitin yaradılması və beləliklə, onların cəmiyyətin bərabər hüquqlu üzvləri kimi dolğun həyat şəraitinə malik olması üçün səmərəli sosial reabilitasiya üsullarının tətbiqi məqsədilə birgə səylərin artırılmasına xidmət edir.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB