Sabah 30 dərəcəyədək isti olacaq

Sabah 30 dərəcəyədək isti olacaq
Yaxın 2 gün ərzində Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim şimal küləyinin üstünlük təşkil edəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 17-də hava şəraiti dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-21 dərəcə, gündüz 25-30 dərəcə isti təşkil edəcək.
Rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 27-32 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə