Şakir Musayev: \"Əfqanıstanda baş verən təyyarə qəzası zamanı ekipaj üzvləri alkoqol və narkotik maddənin təsiri altında olmayıblar\"

Şakir Musayev: \"Əfqanıstanda baş verən təyyarə qəzası zamanı ekipaj üzvləri alkoqol və narkotik maddənin təsiri altında olmayıblar\"

\"Aparılan ekspertiza zamanı Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin ekipajının 4 üzvünün - ikinci pilot Oleq Marşixinin (1979-cu il təvəllüdlü), bort mühəndisi Vladimir Şatobinin (1969-cu il), bortoperator Tapdıq Qəhrəmanovun (1964-cü il), aviatexnik Mehman Hüseynovun (1962-ci il) qalıqları tanınıb\". SİA-nın xəbərinə görə, bu barədə qəzanın səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycan tərəfdən rəhbəri, "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin vitse-prezidenti İlham Əmirov məlumat verib. O bildirib ki, təyyarənin göyərtəsində 9 ekipaj üzvü olub. İ.Əmirovun sözlərinə görə, təyyarənin meyitlərinin qalıqları tapılmayan ekipaj üzvləri hələlik itkin düşmüş hesab olunurlar: "Onların valideynləri 6 ay ərzində məhkəməyə müraciət etməsələr, onların həlak olması barədə qərar qəbul ediləcək\".

Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev isə vurğulayıb ki, Azərbaycan təyyarəsinin Əfqanıstanda uğradığı qəza yerindən tapılmış insan qalıqlarının ekspertizası qəza baş verən anda ekipaj üzvlərinin sağlam olduğunu, alkoqol və narkotik maddənin təsiri altında olmadıqlarını göstərib. Onların küt aviasiya partlayış travması nəticəsində öldüklərini deyən Ş.Musayev bildirib ki, bu xəsarətlər təyyarənin sürətlə sərt əşyaya, yəni dağa çırpılması, baş verən partlayış və azı 3 saat davam edən yanğın nəticəsində alınıb: "Ekspertiza zamanı Azərbaycanda olmayan xüsusi reaktivlərdən istifadə olunub. Bu reaktivlər bu cür dərin ekspertiza aparmağa, eləcə də adətən uzun müddət vaxt tələb edən ekspertizanın qısa müddətə yekunlaşmasına imkan yaradıb".

Bütün xəbərlər Facebook səhifəmizdə