“Bakı Tipajları”
18 sentyabr - Milli Musiqi günü münasibəti ilə "İçərişəhər" tarixi muzeyi musiqi və rəsmin dili ilə "Bakı tipajları" adlı tədbir keçirəcək. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən SİA-ya verilən xəbərə görə, tədbir zamanı üç tanınmış rəssam - Əzim Əzimzadənin, Nəcəfqulu İsmayılovun və Ələkbər Rzaquliyevin karikatur rəsmləri nümayiş etdiriləcək və "Qurban Abbasov" adına Mədəniyyət Sarayı kollektivinin iştirakı ilə Üzeyir Hacıbəyovun musiqi əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq. Eyni zamanda Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri və məzunları öz bacarıqlarını nümayiş etdirərək tədbir iştirakçılarının karikaturalarını çəkəcəklər.

Tədbir 19 sentyabr, saat 16:00-da XV əsr memarlıq abidəsi olan Kiçik Karvansarada baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə