QAT Ağsaqqallar Şurası Dağlıq Qarabağ məsələsinin BMT Baş Assambleyasının sessiyasında müzakirəsi ilə bağlı tədbir keçirib

QAT Ağsaqqallar Şurası Dağlıq Qarabağ məsələsinin BMT Baş Assambleyasının sessiyasında müzakirəsi ilə bağlı tədbir keçirib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ Azadlıq Təşkilatı (QAT) Ağsaqqallar Şurasının üzvləri və bir qrup ictimai xadim BMT Baş Assambleyasında Dağlıq Qarabağ məsələsi ilə bağlı gözlənilən müzakirəsi ilə əlaqədar BMT baş katibinə və Minsk qrupuna həmsədrlik edən ölkələlərin prezidentlərinə göndərilən müraciətə dair mətbuat konfransı keçirib. SİA-nın verdiyi məlumata görə, mətbuat konfransında iştirak edən Qarabağ Azadlıq Təşkilatı Ağsaqqalar Şurasının üzvü Rəhim Hüseynov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində beynəlxalq səylər gücləndirilməli, torpaqlarımızın işğaldan azad edilməsi, qaçqın və köçkünlərin öz yurdlarına qaytarılması üçün artıq konkret addımlar atılmalıdır. Daha sonra çıxış edən şuranın icraçı katibi Asif Məmmədov vurğulayıb ki, Dağlıq Qarabağ məsələsi BMT Baş Assambleyasında geniş şəkildə müzakirə olunmalı, işğalçı ilə işğala məruz qalan tərəf arasında balanslaşdırılan yanaşamaya son qoyulmalı, işğalçı öz adı ilə adlandırılmalıdır: "Baş Assambleya BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin, digər qərarlarının yerinə yetirilməsini təmin etməlidir. Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentləri münaqişənin nizama salınmasına öz töhfələrini verməli, qeyri-müəyyənliyə son qoymalıdırlar".

Məlumat üçün bildirək ki, həmin müraciəti QAT Ağsaqqallar Şurasının üzvləri, sabiq baş nazir Rəhim Hüseynov, akademik Cəlal Allahverdiyev, Şuarının icracı katibi Asif Məmmədov, Tibb Universitetinin sabiq rektoru Yaqub Məmmədov, AMEA-nın müxbir üzvləri Rafiq Əliyev, Rəhim Hüseynov və digərləri imzalayıblar.


Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə