Nizami Cəfərov: “Bu ilin sonuna kimi milli adlar və soyadlarla bağlı işlər başa çatdırılacaq”

Nizami Cəfərov: “Bu ilin sonuna kimi milli adlar və soyadlarla bağlı işlər başa çatdırılacaq”

\"Milli adlar və soyadlar referendum yolu ilə də müəyyənləşdirilə bilər\". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) adlar və soyadlarla bağlı xüsusi komisiyyasının hazırladığı hesabat hökumət tərəfindən müzakirə edilir: "Hazırda Ədliyyə Nazirliyində milli adlar və soyadlarla bağlı ətraflı təhlil aparılır. Fikrimcə, adlar və soyadlarla bağlı xüsusi qanun qəbul oluna bilər".

N. Cəfərov həmçinin soyad sonluqlarının milliləşdirilməsinin vacibliyini vurğulayıb: "Müstəqilliyimizin 20 yaşının tamam olmasına baxmayaraq bizim soyadlarımız milliləşdirilməyib. Hazırda Azərbaycanda "ov" və "yev" sonluqları ilə bitən soyadlar təqribən 80 faiz təşkil edir. Lakin hesab edirəm ki, bu məsələyə ehtiyatla keçmək lazımdır.

Çünki artıq "lı", "li", "lu", "zadə" sonluqları ilə bitən soyadlar ümumi rəqəmin 10 faizini təşkil edir. Fikrimcə, bu ilin sonuna kimi milli adlar və soyadlarla bağlı işlər başa çatdırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə