MTRŞ yayım şirkətlərinin lisenziya müddətinin uzadılması barədə qərar qəbul edilib
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan SİA-ya verilən xəbərə görə, iclasda "Antenn" Müstəqil Teleradio Şirkətinin radio yayımı üçün, "Dünya" Müstəqil Televiziya Şirkətinin və "Mingəçevir" Televiziyasının regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb. Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsinin tələblərini rəhbər tutaraq "Antenn" Müstəqil Teleradio Şirkətinin radio yayımı üçün, "Dünya" Müstəqil Televiziya Şirkətinin və "Mingəçevir" Televiziyasının regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.
Həmçinin"SKY" MMC tərəfindən kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün Milli Televiziya və Radio Şurasına müraciət edilmədiyindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsinin tələblərinə uyğun olaraq "SKY" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılmaması barədə qərar qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB