Xaricdə təhsil alan fəlsəfə doktorları və doktorantların 6-cı seminarı Bakıda keçiriləcək
Azərbaycan Diplomatik Akademiyası (ADA) xaricdə təhsil alan fəlsəfə doktorları və doktorantlar üçün 6-cı toplantısını dekabr ayının 25-27 Bakı şəhərində keçirəcək. ADA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Bakıda baş tutacaq növbəti elmi seminarda əsas diqqət sosial elmlər üzrə araşdırma aparan, daha konkret olaraq isə beynəlxalq münasibətlər və beynəlxalq hüquq, iqtisadiyyat, ətraf mühit, dini araşdırmalar sahəsində ixtisaslaşan gənc alimlərə yönələcək
Üç günlük tədbir çərçivəsində iştirakçılar öz elmi araşdırmalarını təqdim etmək, həmkarları ilə fikir mübadiləsi aparmaq, təhsil aldıqları elm ocağları barədə təqdimatlar keçirmək imkanı qazanacaqlar. Daha ətrafli məlumat bu linkdən almaq mümkündür: http://ada.edu.az/facultyresearch/phdsupport/
Xatırladaq ki, Azərbaycan Diplomatik Akademiyası yarandığı gündən azərbaycanlı fəlsəfə doktorları və doktorluq elmi dərəcəsinə namizədlərə dəstək verir. "Fəlsəfə Doktorlarının İnkişafına Dəstək Proqramı"-nın əsas məqsədi xaricdə fəlsəfə doktoru elmi dərəcəsi almış və doktorantura təhsili almaqda olan azərbaycanlı mütəxəssisləri vətənə cəlb etmək və eyni zamanda, bu mütəxəssislərin peşəkar inkişafına və karyera irəliləyişlərinə yardım etməkdir.
Ümumilikdə, bu günə kimi, yüzdən artıq xaricdə təhsil alan azərbaycanlı fəlsəfə doktoru və fəlsəfə dokturluğuna namizəd ADA-nın "Fəlsəfə Doktorlarının İnkişafına Dəstək Proqramı"ndan faydalanıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB