Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri müzakirə ediləcək
Sentyabrın 23-ü Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq üzrə komitənin növbəti iclası keçiriləcək. SİA-nın xəbərinə görə, iclasda Azərbaycan-Aİ əlaqələrinin inkişaf perspektivləri müzakirə ediləcək. İclasın gündəliyinə energetika sahəsində əməkdaşlıqla bağlı məsələlər də daxil edilib.
Qeyd edək ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin əsası keçən əsrin 90-cı illərində Avropa Komissiyası tərəfindən TASİS proqramı çərçivəsində MDB ölkələrində həyata keçirilmiş layihələrlə qoyulub. 1999-cu ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş qüvvəyə minib. Bundan əlavə, 2003-cü ildə Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq başlanıb. 2009-cu ilin may ayında Azərbaycan-Aİ münasibətləri yeni mərhələyə qədəm qoyub. Polşa və İsveçin təşəbbüsü ilə Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində tərəfdaşlıq münasibətləri yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB