"Təəssüf ki, işlədikləri yerlərdə bir sıra hallarda jurnalistlərin əmək hüquqlarının kütləvi şəkildə pozulması halları baş verir"
"Jurnalistlər Sülh və İnkişaf Uğrunda" İctimai Birliyi mediya təmsilçilərinin əmək hüquqlarının qorunması ilə KİV orqanlarında monitorinqin keçirilməsini olduqca vacib addım sayır və bununla bağlı bağlı Mətbuat Şurasına məktub göndərəcək. Bu barədə SİA-ya açıqlamasında mətbuat qurumunun rəhbəri Mətləb Salahov məlumat verib. O bildirib ki, son vaxtlar jurnalistlərin əmək hüquqlarının qorunması sahəsində bir sıra ciddi problemlərin olduğu ortaya çıxıb və bunların həlli olduqca vacib məsələdir:
"Təəssüf ki, işlədikləri yerlərdə bir sıra hallarda jurnalistlərin əmək hüquqlarının kütləvi şəkildə pozulması halları baş verir. Ən təəcüblüsü oldur ki, cəmiyyəti maarifləndirməli olan mətbuat nümayəndələri ya öz əmək hüquqlarını bilmirlər, ya da işə götürüldükləri KİV-lərdə qəsdən bu hüquqlarla onları tanış etmək arxa plana keçir. Bu isə, ən sonda jurnalistikanın bir sənət kimi cəmiyyətdə inkişafına və burada çalışan insanların başqa sənət sahibləri kimi sosial hüquqlara sahib olmalarına ciddi maneə yaradır. Biz Mətbuat Şurasına müraciət edəcəyik ki, bu məsələlər barədə monitorinqlərin keçirilməsinə başlanılsın"-deyə M.Salahov fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB