Bu gün Azərbaycanda yeni dərs ili başladı

Bu gün Azərbaycanda yeni dərs ili başladı
Bu gün yeni dərs ilinin ilk zəngi çalındı. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, 2011-2012 - ci tədris ilində ölkədə ümumtəhsil məktəblərinin 1-ci sinfinə 124 min 274 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. Təhsil nazirinin əmri ilə təsdiq olunmuş müvafiq qaydalara əsasən, ümumtəhsil məktəblərinə bir qayda olaraq hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul olunur.
Yeni tədris ilində Bakı şəhərindəki ümumtəhsil məktəblərinin 1-ci sinfinə isə 33 min 464 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində bu rəqəm 32812 nəfər təşkil etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə