Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 25-30 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə olacaq.
Azərbaycanın rayonlarında isə bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 18-23 dərəcə isti təşkil edəcək.
Hava şəraitinin qısa icmalına gəlincə bu gün Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB