Avqust ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri bahalaşıb -
Gəlirlərin artması ilk növbədə özünü əhalinin ticarət şəbəkəsindən aldığı istehlak mallarının və göstərilən xidmətlərin həcminin artmasında büruzə verir. SİA-nın xəbərinə görə, ilin əvvəlindən əhaliyə 13.4 milyard manatlıq istehlak malları satılmıış və pullu xidmət göstərilib. Keçən ilin müvafiq dövrünə nisbətən pərakəndə əmtəə dövriyyəsi 10.1 faiz artaraq 10.2 milyard manata, pullu xidmətlərin həcmi isə 7.7 faiz artaraq 3.2 milyard manata çatıb.
Xarici ticarət. 2011-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 20.6 milyard dollar təşkil etmiş, dövriyyənin 82.9 faizi və ya 17.1 milyard dolları uzaq xarici dövlətlərin, 17.1 faizi və ya 3.5 milyard dolları isə MDB üzvü ölkələrinin payına düşüb.
Əmtəə dövriyyəsinin 15.5 milyard dolları, yaxud 75.1 faizini ölkəmizdən ixrac olunub məhsullar təşkil etmişdir. İxrac olunmuş malların 86.8 faizi və ya 13.5 milyard dollarlığı uzaq xarici ölkələrə, 13.2 faizi, yaxud 2.0 milyard dolları MDB-yə daxil olan dövlətlərə göndərilib.
Ölkəyə idxal olunmuş məhsulların dəyəri 5.1 milyard dollar təşkil edib, uzaq xarici ölkələrdən 3.6 milyard dollarlıq, MDB üzvü dövlətlərindən isə 1.5 milyard dollarlıq əmtəə gətirilib.
Yeddi ay ərzində 10.4 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 9.9 milyard dollarlıq, MDB üzvü dövlətləri ilə 555.8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Yanvar-iyul ayları ərzində ölkəmizə 16.4 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olub.
İstehlak qiymətləri və xidmət tarifləri indeksi. Avqust ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri iyul ayı ilə müqayisədə 0.6 faiz, o cümlədən ərzaq mallarının qiymətləri 1.0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.2 faiz, xidmət tarifləri 0.3 faiz bahalaşıb. Yanvar-avqust ayları ərzində 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 8.5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 11.7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2.8 faiz, xidmət tarifləri 4.4 faiz bahalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB