Şirvanda payız-qış mövsümünə hazırlıq müzakirə edilib - FOTO

Şirvanda payız-qış mövsümünə hazırlıq müzakirə edilib - FOTO

Bu gün Şirvan şəhərində 2011-2012-ci ildə payız-qış mövsümünə hazırlıqla bağlı şura iclası keçirilib. SİA-nın Aran bürosunun müxbirinin məlumatına görə, Şirvan şəhər İcra Hakimiyyətində keçirilən payız qış mövsümünə hazırlıqla bağlı Şura iclasına sədirliyi İcra Hakimiyyətinin başçısı Mərdan Camalov edib.

İcra hakimiyyətinin başçısının şəhər təsərrüfatı işlərı üzrə müavini Şəfahət Əsgərov xidmət təşkilatlarının hazırlığı barədə məlumat verərək bildirib ki, Şırvan İES MMC-də qış mövsümünə hazırlıqla bağlı stansiyada 1 saylı şəffaf su nasosu və 2 saylı enerji bloku əsaslı, 4 saylı enerji bloku cari, 1, 3, 6 və 7 saylı yarımstansiya kompressorları əsaslı təmir edilib. 220 kv-luq 10 T saylı transvarmator cari, 220 kv-luq ƏAT 2 saylı avtotransvarmatorların hava açarı təmiri əsaslı, generatorların və transvarmatorların yağ və qaz quruducularının normal işi təmin edilib. Şirvan Regional Elektirik Şəbəkəsi MMC tərəfindən 330 kv-luq III Şirvan EVX-də 1,5 km xətt və 1 ədəd dayaq əsaslı təmir edilib, 14 ədəd xətt armaturu dəyişdirilib. 110 kv-luq I və II sistem şin gərginlik transvarmatorları, 35 kv-luq 756 saylı hava xəttinin və 35 kv-luq 1 və 2 şinlər arası yağ açarları cari, 110 kv-luq I cənub hava xəttinin yağ açarı və 6 kv-luq 1,2,3,4,5,6,9 saylı hava xəttilərinin yağ açarları əsaslı təmir edilib. Qaz istismar sahəsi təminatın normallaşdırılması və şəbəkənin tənzimlənməsi üçün 12 ədəd qaz tənzimləyici şkaf və 15 ədəd müxtəlif diametrli siyirtmələr quraşdırıb. Tədbirlər planı üzrə Heydər Əliyev küçəsində 57 mm-lik 60 p/m, 76 mm-lik 60 p/m, Xanlar küçəsində 50mm-lik 150p/m, Puşkin küçəsində 100mm-lik 150p/m, daxili imkanlar hesabına şəhərin digər ərazilərində 2375 p/m müxtəlif diametrli qaz xətləri karroziyaya uğradığı üçün yenisi ilə əvəz olunub.

Su və kanalizasiya sistemində 754 yarımstansiyadan su istehsal bazasına gələn II hava xətti əsaslı təmir edilib, 80metrlik yeni xətt çəkilib. II qaldırıcı nasosxanada I elektrik mühərriki əsaslı, III saylı nasos cari təmir edilib. Durulducu hovuzlar yuyulub, şəffaflayıcı quyular və orada olan siyirtmə avadanlıqlar cari təmir edilib. Süzgəc sexində 8ədəd 400 mm-lik siyirtmələr təmir edilb, mərkəzi kollektor üzərində olan siyirtmələrdən 2 ədədi yenisi ilə əvəz olunub. Magistiral su xəttində 530 mm-lik 20 p/m xətt dəyişdirilərək təmir edilb.

İdarə və müəssisə rəhbərləri payız qış mövsümünə hazırlıqla bağlı məlumat verəndən sonra İcra Hakimiyyətinin başçısı Mərdan Camalov çatışmazlıqların aradan qaldırılması üçün əlaqədar təşkilatlara ciddi tapşırıqlar verib. Havaların soyumasına qədər nöqsanların aradan qaldırılması üçün müəyyən vaxt verib və görüləcək işlər barəsində mütamadi məlumatlar vermələrini tapşırıb.


İQBAL


Bütün xəbərlər Facebook səhifəmizdə