Elman Nəsirli: “BMT kürsüsündən Ermənistanın işğalçılıq siyasətini ifşa edən sənəd qəbul olunur” - MÜSAHİBƏ (SƏS TV)
Politoloq Elman Nəsirlinin SƏS TV-yə müsahibəsi:
- BMT Baş Məclisində Azərbaycanla bağlı müzakirə olunacaq 2 qətnamə layihəsinin qəbulu nə dərəcədə gözləniləndir?
- Bu sessiyada bir sıra ciddi məsələlərin müzakirəsi gözlənilir. Xüsusiilə də Fələstinin müstəqil dövlət kimi tanınması əsas mövzudur. Bizim üçün əsas məqam kəsb edən 2 məsələ var. Onlardan biri birbaşa Azərbaycanla bağlıdır. Bu da təbii ki, işğal olunan Azərbaycan ərazisindəki vəziyyətlə əlaqədardır. İkincisi isə Azərbaycanın GUAM-ın üzvü olaraq uzanan münaqişələrin beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri ilə bağlı məsələlərin müzakirəsidir. GUAM çərçivəsində də bizim məsələmiz müzakirə olunacaq. Sual yarana bilər ki, niyə məhz bu sessiyada bu məsələnin gündəmə salınmasına nail olduq. Ancaq keçən il bu mövzunun geri çıxardılmasını da məhz Azərbaycan tərəfi istəmişdi. Məsələ orasındadır ki, həmin zamanda ATƏT-in fakt araşdırıcı missiyasının işğal olunan ərazilərə səfəri var idi. Həmin zaman da bu missiya işğal olunan ərazilərdə faktlar toplayıb hesabat hazırlamalı idi. Hesabat hazır olmadığında belə qərara gəlinsin ki, növbəti sessiyada indiki məsələlər müzakirə olunsun. Hesab edirəm ki, bu məsələdə işğal olunan ərazilərlə bağlı mövzuda Azərbaycanın xeyrinə qətnamə layihəsinin qəbulunun yaxşı imkanları var. Çünki Azərbaycan diplomatiyası bu məsələyə 1 nömrəli vəzifə kimi baxıb. Prezident İlham Əliyev hər zaman qeyd edib ki, bu il Azərbaycana dost olan ölkələrin sayı artıb. Bu hal BMT çərçivəsinə də aiddir.
- Qətnamənin qəbulu Ermənistanın iflasına və ifşasına səbəb ola bilərmi?
- Fikrimcə BMT müstəvisi universal kürsüdür. Dünyada ikinci böyük beynəlxalq təşkilat yoxdur. BMT kürsüsündən Ermənistanın işğalçılıq siyasətini ifşa edən sənəd qəbul olunur. Ola bilsin ki, çox vaxt bu sənədin işlək mexanizmi olmur. Bu da ona görə lazımdır ki, Azərbaycan tərəfi düşünsün ki, sonda heç bir nəticəyə gəlinmədi.
- Azərbaycanın BMT-nin təhlükəsizlik şurasına qeyri- daimi üzvlük məsələsi də gündəliyə çıxarılacaq. Bundan gözləntilərimiz nələr olacaq?
- Azərbaycan eyni zamanda BMT-nin təhlükəsizlik şurasına qeyri-daimi üzvlük məsələsini də gündəliyə qoyub. Oktyabrda səsvermə olacaq. Ölkəmiz bu prosesdə iştirak etmək niyyətindədir. Azərbaycanın rəqibi isə Macarıstan və Sloveniya dövlətləridir. BMT-nin 15 üzvündən ən azı 9 səs toplamalısan ki, qətnamə qəbul olunsun. Neytrallıq mövqeyində olan dövlətin bütün Şərqi Avropanı iki il ərzində o təşkilatda qeyri-daimi üzv kimi təmsil etməsi daha məqsədə uyğundur. Bunu ölçüb biçəndə isə Azərbaycanın şansı daha genişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB