Gəncədə məktəbli formalarının alınmasında növbələr yaranıb

Gəncədə məktəbli formalarının alınmasında növbələr yaranıb

Gəncə şəhərinə bir qədər gec, sentyabr ayının 13-də gətirilən məktəbli formalarının alınmasında növbələr yaranıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, artıq geyimlərin satıldığı mağaza və orta tədris müəssisələrində sıx növbələr var. Üstəlik formaların qiyməti də alıcıları qane etmir.

"Qiymətlər çox bahadır. Bir uşaq üçün 50 manat xərcləməlisən", - deyə valideynlərdən biri öz şikayətinin dilə gətirib.

Gəncəyə isə əlavə 10 min ədəd məktəbli formasının gətirilməsi nəzərdə tutulur. Bununla yaranan sıxlığın aradan qaldırılması üçün işlər görülsə də istənilən nəticənin olacağı inandırıcı görünmür. Sabah yeni dərs ili başlasa da yüzlərlə valideyn övladlarına məktəbli geyimi əldə etməkdə çətinlik çəkir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə