ABŞ Dövlət Departamentinin hesabatı araşdırılır

ABŞ Dövlət Departamentinin hesabatı araşdırılır
ABŞ Dövlət Departamenti sentyabrın 13-də "Dini etiqad azadlığı" ilə bağlı 2010-cu ilin iyul-dekabr aylarını əhatə edən yarımillik hesabat təqdim edib. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Saleh Aslanov həmin hesabata münasibət açıqlayıb.

S. Aslanov bildirib ki, hesabatın rəsmi variantı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə daxil olmayıb: "Ancaq qeyri-rəsmi olsa da, hesabatın elektron informasiya bazasında yerləşdirilmiş variantı tərəfimizdən öyrənilir. Hesabatda yer almış qeydlər tam araşdırılaraq təhlil olunur. Araşdırma başa çatandan sonra hesabatla bağlı ətraflı məlumat veriləcək".



Bütün xəbərlər Facebook səhifəmizdə