İcra başçısı: “Məktəbəqədər tərbiyə müəssisələrində köklü dəyişikliklər həyata keçirilməlidir”- FOTO

İcra başçısı: “Məktəbəqədər tərbiyə müəssisələrində köklü dəyişikliklər həyata keçirilməlidir”- FOTO

Gəncədə yeni dərs ilinə hazırlıqla bağlı yekun sentyabr konfransı keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, həmçinin təhsil sistemində çalışan yüksək vəzifəli şəxslər qatılıb. Müşavirə Təhsil İdarəsinin rəisi Mahal Əliyevin ötən dərs ilində əldə olunan nəticələrin hesabatı ilə başlayıb.

Bildirilib ki, 2010-2011-ci tədris ili Gəncə şəhər təhsil sistemi üçün uğurlu nailiyyətlərlə yadda qalıb. Ali məktəblərə sənəd verən abituriyentlərin 39 faizi bu il tələbə adını qazınıb ki, bu da son 10 ildə ən yaxşı göstərici hesab olunur. Xüsusilə ali hərbi məktəblərə gənclərin marağının artması aparılan vətənpərvərlik təbliğatının müsbət nəticələrinin göstəricisidir.

Müşavirədə həmçinin məktəblərin hazırkı vəziyyəti, məktəbəqədər tərbiyə müəssisələrin bugünkü durumu da diqqət mərkəzində olub.

İcra Başçısının fikrincə, bu gün Gəncədə fəaliyyət göstərən 45 orta məktəbin əksəriyyətinin əsaslı təmirinə və yenidən tikintisinə ehtiyac var. Məktəbəqədər tərbiyə müəssisələrindən isə ümumiyyətlə danışmağa dəyməz, bu sahədə də köklü dəyişikliklər həyata keçirilməlidir. Demək olar ki, uşaq bağçalarının yenidən tikilməsi və ya əsaslı təmirinə zərurəti yaranıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə