Milli Televiziya və Radio Şurasında dəyirmi masa keçiriləcək

Milli Televiziya və Radio Şurasında dəyirmi masa keçiriləcək
Sentyabrın 16-da Milli Televiziya və Radio Şurasında (MTRŞ) "Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalı" mövzusunda dəyirmi masa keçiriləcək. MTRŞ-dan SİA-ya verilən məlumata görə, iclasda rejissorlar, kino və televiziya sahəsində mütəxəssislər iştirak edəcək.

Tədbirdə ölkə prezidentinin milli televiziya filmlərinin istehsalı ilə bağlı fərmanından irəli gələn vəzifələr və problemlər müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə