DSMF sədri BSTA-nın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin iclasında iştirak edib

DSMF sədri BSTA-nın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin iclasında iştirak edib
2011-ci il 13 sentyabr tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclası keçirilib. Toplantıda Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. SİA-nın xəbərinə görə, iclas zamanı Assosiasiyanın Avropa Şəbəkəsi çərçivəsində 2011-ci ilin aprel və iyun aylarında Stokholm və Bakı şəhərlərində keçirilmiş seminarların nəticələri, Avropa Şəbəkəsinin gələcək planları müzakirə olunub.

Müzakirələr zamanı Şəbəkənin 2011-2013-cü illər üzrə iş planına dəyişikliklər olunub. Bundan başqa, Türkiyə Respublikasının və Norveç Krallığının sosial müdafiə qurumlarının BSTA Avropa Şəbəkəsinin Rəhbər Komitəsinə üzv qəbul olunması barədə müzakirələr aparılıb.

Qeyd edək ki, 2004-cü ilin sentyabrında Azərbaycan BSTA-nın büro üzvü, 2007-ci ildə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib və yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com