Ailədaxili zorakılıq nəticəsində yaranan problemlər müzakirə ediləcək

Ailədaxili zorakılıq nəticəsində yaranan problemlər müzakirə ediləcək
Sentyabrın 15-də ailədaxili zorakılıq nəticəsində törədilən qətllər, zorakılıqla üzləşmiş azyaşlı uşaqların fiziki və psixoloji vəziyyətinə həsr olunmuş tədbir keçiriləcək. SİA-nın xəbərinə görə, Azərbaycan Media Mərkəzində təşkil olunacaq tədbir Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə ailədaxili zorakılığın, buna səbəb olan vəziyyətlərin aradan qaldırılmasına yardım məqsədi ilə sosial mərkəzlərin açılmasının vacibliyi, həmin mərkəzlərə işçilərin hazırlanması məsələlərinə toxunulacaq. Bundan əlavə, tədbirdə məişət zorakılığı haqda qanuna əlavə və dəyişikliklər, zorakılığa məruz qalmış qadınların polisə müraciət etmələri ilə bağlı maarifləndirmə işlərinin həyata keçirilməsi, polisə müraciət edən qadınların pulsuz hüquqi yardımla təmin olunması üçün polislə birgə iş müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə