Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasının 26-cı ildönümü çərçivəsində iməciliklər keçiriləcək
Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasının 26-cı ildönümü çərçivəsində iməciliklər keçiriləcək. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.
Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasının 26-cı ildönümü çərçivəsində ETSN tərəfindən sentyabrın 16-da Xəzər dənizinin Azərbaycana mənsub 955 kilometrlik sahil zolağının ayrı-ayrı ərazilərində iməciliklər keçiriləcək.
Beynəlxalq Sahilyanı Təmizlik aksiyası çimərliklərin, daxili suların, okeanın zibil və tullantılardan təmizlənilməsi məqsədilə həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə keçirilən aksiya çərçivəsində Sumqayıt şəhəri Nəsimi adına parkla Xəzər dənizi arasındakı sahil zolağının 5 hektardan artıq ərazisi, o cümlədən Nabran, Neftçala, Lənkəran şəhər və rayonlarının sahilboyu əraziləri zibil və tullantılardan təmizlənəcək.
Keçiriləcək tədbirlərdə nazirliyin əməkdaşları ilə birgə yerli icra strukturları, ictimaiyyət, bələdiyyə və təhsil müəssisələrinin nümayəndələri də iştirak edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasının 26-cı ildönümü ilə əlaqədar keçirilən bu kimi tədbirlərdə yerli icra strukturlarını, eləcə də bütün ictimaiyyət nümayəndələrini fəal iştirak etməyə çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB