Azər Həsrət: “Azərbaycan mediasının ən baçlıca problemi iqtisadi imkanlarının zəif olmasıdır” - AÇIQLAMA

Azər Həsrət: “Azərbaycan mediasının ən baçlıca problemi iqtisadi imkanlarının zəif olmasıdır” - AÇIQLAMA

Dünya mətbuatını Azərbaycan mətbuatı ilə müqayisə edərkən ümumi dünya fonunda deyil, sadəcə olaraq bəzi inkişaf etmiş və inkişaf etməmiş qitələr arasında müqayisə aparmaq lazımdır. Bunu SİA-ya Jurnalistlərin Həmkarlar İttifaqının sədri Azər Həsrət Azərbaycan mediasının hazırki vəziyyətinə münasibət bildirərkən deyib.

"Avropa mediası ilə Azərbaycan mətbuatını müqayisə etdikdə təbii ki, biz öz imkanına və inkişaf tempinə görə xeyli geridə qalırıq. Bu da təsadüfi deyil ona görə ki, Azərbaycan uzun müddət Rusiyanın işğalı altında olub və burada totalitar təfəkkür tərzi hökm sürüb və belə olan halda mətbuatın müstəqil şəkildə inkişafı üçün heç bir şərait yaradılmayıb", - deyə A.Həsrət bildirib.

Azər Həsrət media sahəsindəki problemlərin daha çox iqtisadi imkanlardan asılı olduğunu qeyd edib: "Bu gün Azərbaycan mətbuatının ən çox tirajlı qəzetinin birgünlük nüsxələrinin sayı 11 mini keçmirsə bu yaxşı göstərici deyil. 2 milyon əhalisi olan Sloveniyada qəzetlərin tirajı 100 mindən çoxdur\".

O, bu gün faktiki olaraq dünyanın ən aparıcı qəzetlərinin belə kağız formatından çıxaraq online rejimində fəaliyyət göstərdiyini qeyd edib: "Düşünürəm ki, media sahibləri daha çox yeni internet mediası üzərində düşünməli, buna kapital qoymalı, öz imkanlarını buna sərf etməlidirlər ki, dünyanın bu gün tələb etdiyi yeni medanı formalaşdırıb ortaya çıxara bilsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə