\"Eurovision - 2012\" üçün turpaketin qiyməti müəyyənləşdi

\"Eurovision - 2012\" üçün turpaketin qiyməti müəyyənləşdi
Azərbaycana \"Eurovision-2012\" mahnı müsabiqəsi ilə əlaqədar təqribən 50 min turistin gələcəyi proqnozlaşdırılır.

Azərbaycan Turizm Assosiasiyasından SİA-ya veriləm məlumata görə, artıq turpaketlərin minimal qiyməti müəyyənləşib: "Ölkəyə gələcək xarici vətəndaşlar üçün turpaketin qiyməti 1200 manat təşkil edəcək. Tur paketə aviabilet, 3 - ulduzlu oteldə qalma və müsabiqənin iki yarımfinal və final mərhələsinə biletlər daxildir. Daha yüksək səviyyəli otel seçmək istəyənlər isə həmin xidmətlər daxil olmaqla daha baha qiymət ödəməli olacaqlar.

\"Eurovision-2012\"nin final konsertinə biletlərin qiymətinin 60 - 250 manat, vip müştərilər üçünsə 1000 avro olacağı nəzərdə tutulub.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com