Pensiya kalkulyatoru yaradılıb
"Prodemos" İctimai Birliyinin şədri Xanlar Ağalarovun SIA-ya verdiyi məlumata görə, istənilən şəxs Rüsum.az portalında yerləşən "Pensiya kalkulyatoru" bölməsinə daxil olmaqla özünün və ya yaxın adamının pensiyasını hesablaya bilər. Hesablama qaydası interaktiv rejimdə çox sadədir, kalkulyatordakı sol qrafalara müvafiq olaraq 2006-cı ilə qədər olan iş stajı, həmin ildən bəri hər il üçün hesablanmış əmək haqlarının cəmi daxil edilməli və aşağıdakı "Hesabla" düyməsi basılmalıdır. Sağ tərəfdə, hesablamanın nəticəsi olaraq 2006-cı ilə qədərki pensiyanın sığorta hissəsinin məbləği, 2006-cı il də daxil olmaqla sonrakı hər il üçün pensiyanın sığorta kapitalı, yekun olaraq pensiyasının sığorta hissəsi, baza hissəsi və məbləği göstərilir.
Qeyd edək ki, Rüsum.Az portalı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının dəstəyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış " Prodemos" və " Antikorrupsiya Araşdırmalar Mərkəzi " qeyri hökumət təşkilatlarının birgə təşəbbüsü nəticəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə