- Harun Əl-Rəşid Abbasi xəlifələrindən qardaşı al-Hadinin ölümündən sonra İslam xilafətini ələ keçirib (786)
- Prussiyada feodal üsul idarəsi ləğv edilib (1811)
- Napoleon ordusu Moskvaya daxil olub (1812)
- ABŞ-ın dövlət himni qəbul olunub (1814)
- Ədirnə sülhü imzalanıb, Rusiya-Osmanlı müharibəsi sona çatıb (1829)
- Türkiyə ilə Rusiya arasında Krım müharibəsi başlayıb (1853)
- Marksın "Kapital" əsərinin ilk cildi işıq üzü görüb (1867)
- Saat 20.30-da Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı şəhərinə hücumu başa çatdırmaq üçün 100 saylı əmri imzalayıb (1918)
- Türkiyə-Yunanıstan dostluq sazişi imzalanıb (1933)
- Keçmiş SSRİ-də "xalq düşmənləri"nin həbs müddəti qeyri-müəyyən vaxta qədər uzadılıb (1937)
- SSRİ-nin Orenburq poliqonunda bütün qoşun növlərinin iştirak etdiyi həqiqi atom bombası ilə ilk hərbi təlim keçirilib (1954)
- BMT sovet qoşunlarının Macarıstana girməsini pisləyib (1957)
- Vyanada OPEK fəaliyyətə başlayıb (1960)
- Amerikanlı pilot Jozef Kittinqer tarixdə ilk dəfə hava şarında Sakit okeanı keçib (1984)
- Naxçıvan Dövlət Kukla Teatrı yaradılıb (1989)
- Azərbaycan Respublikası Qatar ilə diplomatik əlaqələr qurub (1994)
- İsveçrədə keçirilən referendumda əhali vahid Avropa valyutasına keçidin əleyhinə səs verib (2003)
- İstanbulda türkdilli dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin konfransı keçirilib (2006)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB