Ərdoğan Qahirədə fateh kimi qarşılandı

Ərdoğan Qahirədə fateh kimi qarşılandı

Misirdə səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın çıxışı İsrail əleyhinə bəyənatlarla yadda qalıb. SİA-nın məlumatına dörə, Baş nazir regiondakı sülhə İsrailin əngəl olduğunu bildirib və BMT-nin "Mavi Mərmərə" hesabatını əhəmiyyətsiz adlandırıb. Ərdoğan xüsusi vurğulayıb ki, əgər İsrail Türkiyədən üzr istəməsə, Qəzzaya tətbiq etdiyi blokadanı aradan qaldırmasa, Türkiyə-İsrail münasibətlərinin normallaşması danışıqlar mövzusu olmayacaq.


Qeyd edək ki, 3 günlük səfəri çərçivəsində Misir, Tunis və Liviyada olacaq Ərdoğanı Qahirə hava limanında minlərlə misirli böyük coşqu ilə qarşılayıb. Qələbəlik səbəbi ilə izdiham yaşanıb.


Xalqın qarşısına çıxan Ərdoğan və Misirin baş naziri Essam Şərəf əl-ələ tutaraq ərəbcə "Türkiyə və Misir əl-ələ. Salam olsun Misir gəncliyinə, Misir xalqına, Allahın salamı üzərinizdə olsun" sözləri ilə onu qarşılamağa gələn insanlara səslənib. Ərdoğanın sözlərinə böyük bir coşqu ilə qarşılıq verən misirlilər "İslamın qurtarıcısı, Allahın əzizi Ərdoğan, Türkiyə-Misir tək yumruq" kimi cavablar səsləndiriblər.


Onu da əlavə edək ki, Türkiyə baş nazirinin Misirdən Qəzza bölgəsinə gedəcəyi nəzərdə tutulmayıb. Lakin Qəzzaya getməyi çox istədiyini deyən Ərdoğan yaxın zamanda bu səfəri həyata keçirəcəyini də istisna etməyib.


Bütün xəbərlər Facebook səhifəmizdə