Vahid məktəbli forması almaq müşkülə çevrilib. Paytaxt sakinlərinin SİA-ya verdiyi məlumata görə, forma satışı həyata keçirən mağazaların qarşısında əməlli başlı izdiham yaşanır. Valideynlər məktəbli geyimi almaq üçün saatlarda növbələrdə vaxt keçirməli olurlar. Növbə çatanda isə ya formalar tamamilə satılır, ya da uşağın ölçüsünə uyğun geyim tapılmır.
Aldığımız məlumata görə, dərs ilinin başlamasına iki gün vaxt qalsa da, hələ də məktəblilərin çoxu keyim ala bilməyib. Verilən xəbərlərə görə, hətta bəzi mağazaların qarşısında insidentlər yaranıb. Münaqişə nəticəsində xəsarət alanlar da olub.
Baş verənlərdən Bakı Təhsil İdarəsi xəbərdardır. Qurumun mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı bildirdi ki, məktəbli formasının alınmasında yaranan çətinlikləri nəzərə alaraq oktyabr ayının 1-nə kimi vahid məktəbli formasının alınma vaxtı uzadılıb. Bu müddətə ki, şagirdlər məktəbə ağ köynək, qara ətək və şalvarda gedə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB