Gəncədə yeni pambıq sortlarının təqdimatı olub - FOTO

Gəncədə yeni pambıq sortlarının təqdimatı olub - FOTO

Gəncə Regional Aqrar Elmi Tədqiqat Mərkəzi bu gün yeni pambıq sortlarını təqdim edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə aqrar elm sahəsində çalışanlar, həmçinin fermerlər və bir sıra aidiyyəti təşkilatların nümayəndələri iştirak edib. Bildirilib ki, bu gün ölkənin yerli pambıq sortlarına böyük ehtiyacı var. Artıq bu proses həyata keçirilir və tətbiqinə başlanılıb. Yerli sortlar yüksək aqrotexniki qulluq nəticəsində yaxşı məhsul vermək iqtidarındadır.

Mütəxəssislərin fikrincə, xaricdən ölkəyə kifayət qədər pambıq sortu gətirilir. Ancaq xarici növ sortlar gec yetişən olduğundan istənilən nəticə əldə olunmur. Aparılan işlərdən fermerlərdə razı qalıb. Xüsusən yerli sortların növbəli əkinə çatması marağı daha da artır.

Hazırda mərkəzdə Aznixi 195, Gəncə 10 və 78 kimi sortlar yetişdirilir. Ümumilikdə isə Gəncə Elmi Tədqiqat Mərkəzi 7 ilə yaxındır ki, yerli pambıq sortları yetişdirir. Əsas məqsəd xarici dövlətlərdən Azərbaycana gətirilən pambıq sortlarına tələbatı azaltmaqdır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə