Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində donor günü keçirilib
Sentyabrın 13-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində donor günü keçirilib. "Savab Dünyası" Talassemiya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən donor günündə Komitənin yüzə qədər əməkdaşı qan verərək nəcib missiyaya qoşulub.
Qurumdan SİA-ya verilən xəbərə görə, "Qan verməyə bir saat ayrılan vaxt, bir həyata bərabərdir" devizi ilə keçirilən aksiyada bir daha ölkədə talessemiya probleminə diqqət çəkilib, talessemiya geninin daşıyıcılarının ehtiyaclarının ödənilməsi naminə digər qurumların da fəal olacaqlarına inam ifadə olunub. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları hər il bu xeyirxah aksiyaya qoşulacaqlarını, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Toplanan qan E.T. Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankına təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB