Nazir müavini: “Azərbaycanla Rusiya arasında səhiyyə sahəsində əlaqələrin olması hər iki öıkənin xeyrinədir“ - MÜNASİBƏT

Nazir müavini: “Azərbaycanla Rusiya arasında səhiyyə sahəsində əlaqələrin olması hər iki öıkənin xeyrinədir“ - MÜNASİBƏT

Azərbaycanla Rusiya arasında səhiyyə sahəsində əlaqələrin olması hər iki ölkənin xeyrinədir. SİA-nın xəbərinə görə, bunu Rusiyanın səhiyyə və sosial inkişaf nazirinin müavini Veronika Skvartkova jurnalistlərə açıqlamasında bildirib. O bildirib ki, Rusiya tərəfi Azərbaycanla bu sahə üzrə əlaqələrin qorunub saxlanılmasında maraqlıdır.

"Biz istərdik ki, Azərbaycanla Rusiya arasında əlaqələr qorunsun. Rusiya özünün bütün müsbət nailiyytətlərini bölüşməyə hazırdır. Azərbaycanda son illlərdə həm ictimai-iqtisadi vəziyyət, o cümlədən səhiyyə sahəsi müsbət baxımdan dəyişlib. Bu isə Rusiyanı çox məmnun edir", - deyə V.Skvartkova qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə