ÜST: "Azərbaycanda təhsil müəssisələrinin yaxınlığında siqaret satışına qadağa qoyulmalıdır"

ÜST: "Azərbaycanda təhsil müəssisələrinin yaxınlığında siqaret satışına qadağa qoyulmalıdır"

Azərbaycanda tütünlə bağlı mövcud qanunvericiliyin bəzi bəndləri daha güclü həyata keçriilsə də, bəzi məsələlər tam həyata keçirilmir. SİA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin mütəxəssisi Sevil Əsədova deyib.


O bildirib ki, Azərbaycanın tütün məhsullarının reklamı ilə bağlı qanunvericiliyə əməl edilir. Onun szölərinə görə, bu məhsulların reklamı mətbuatda, televiziyada və küçədə aparılmır. Amma ictimai yerlərdə tütnün çəkilməsi qanunvericiliklə qadağan edilsə də, bu, hələlik tam həyata keçirilmir.


"Bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsi ilə sıx əməkdaşlıq edirik. Gələcəkdə bu məsələni qaldırmağı nəzərdə tuturuq. Biz tütünə ona görə çox əməmiyyət veririk ki, o təkcə onu çəkən insanın səhhətinə ziyan vermir, tütündən istifadə kənardakı insanların da səhhətini zədələyir. Bu da passiv tütünçəkmə adlanır. Bizi əsas qadınların və uşaqların passiv tütünçəkməyə məruz qalmaması maraqlandırır. Azərbaycanda kişilərin ev şəraitində siqaret çəkməsi də düzgün deyil", - S.Əsədova əlavə edib.


O vurğulayıb ki, hər il dünyada 600 min nəfər passiv tütünçəkmədən dünyasını dəyişir. Ona görə də ÜST Azərbaycan da daxil olmaqla bütün dünyada tütünlə mübarizə aparır. S.Əsədovanın sözlərinə görə, yalnız Azərbaycan deyil, inkişaf etmiş ölkələrin çoxu da ÜST-nin Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasının tam yerinə yetirilməsinə nail ola bilməyiblər: "Konvensiyaya uyğun olaraq siqaretin üstündə onun antireklam xarakterli məlumatlar yerləşdirilməli olsa da Azərbaycanda hələlik buna tam nail olunmayıb. Hazırda buna əməl olunması üçün işlər aparılır. Bundan əlavə, konvensiyaya uyğun olaraq, siqaretin uşaqlara dənə-dənə satılmamalı, təhsil müəssiələri kənarında siqaretin satışına qadağan qoyulmalıdır. Bu tələblərə Avropada yalnız bir neçə ölkə nail olub. Onların arasında Azərbaycanın qonşusu Türkliyə də var. Konvensiyanın tələbklərinə nail olunma təcrübəsini öyrənmək qüçün Azərbaycanın mütəxəsisiləri Türkiyədə səfərdə də olublar".

Bütün xəbərlər Facebook səhifəmizdə