\"Kaspi\" də hazırlıq keçən abituriyentlər imtahanlarda yüksək nəticə göstəriblər

\"Kaspi\" də hazırlıq keçən abituriyentlər imtahanlarda yüksək nəticə göstəriblər
\"Kaspi\" Təhsil Mərkəzində ötən il hazırlıq keçmiş abituriyentlərin 93 faizi ali məktəblərə daxil olub.
Bu bizim üçün uğur və olduqca yüksək göstəricidir\". SİA-xəbər verir ki, bu barədə məlumatı bu gün \"Kaspi\" Təhsil Mərkəzinin yekun hesabat tədbirində mərkəzin direktoru Elnur Əliyev verib. "Ötən il hazırlıq keçmiş abituriyentlərin 93 faizi ali məktəblərə daxil olub. Onların arasında həm xarici, həm də yerli universitetlərin ən yaxşı fakültələrinə qəbul olunanlar var. Mərkəzdə hazırlıq keçən abituriyentlər arasında imtahanlardan yüksək bal toplayanlar da var".
Qeyd edək ki, hesabat tədbirinin sonunda ali məktəblərin yüksək fakültələrinə qəbul olan və yüksək bal toplayanlara \"Kaspi\" Təhsil Mərkəzi tərəfindən hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə