\"Kaspi\" Təhsil Mərkəzində uşaqlar məktəbə hazırlanacaq

\"Kaspi\" Təhsil Mərkəzində uşaqlar məktəbə hazırlanacaq
\"Kaspi\" Təhsil Mərkəzi uşaqların məktəbəqədər hazırlığı ilə bağlı yeni layihəyə start verib. Məlumatı SİA-ya bu gün \"Kaspi\" Təhsil Mərkəzinin yekun hesabat tədbirində mərkəzin Təhsil Şurasının sədri Sona Vəliyeva verib: "Məktəbəqədər hazırlıq proqramı 4, 5, 6 yaşlı uşaqların məktəbə tam hazırlanmasını üçün təşkil olunub. Artıq layihə Təhsil Nazirliyi tərəfindən təsdiq olunub. Layihənin məqsədi uşaqların savad, dünyagörüşü, sosial davranış vərdişlərini yaratmaq və inkişaf etdirməkdir. Hazırlıq kursu həftədə beş gün, hər gün üç saat olmaqla keçiriləcək".
Məlumdur ki, bu gün ölkədə uşaq baxçalarının çatmaması problemi var. Bu səbəbdən də baxça yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi zamanı problemlər yaranır. Tədbirdə bildirilib ki, yeni layihə sözügedən problemin həllinə yardım edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə