Ümumdünya Səhiyyə Təşkilatı orqanların ticarət məqsədilə satılmasını pisləyib

Ümumdünya Səhiyyə Təşkilatı orqanların ticarət məqsədilə satılmasını pisləyib

İnsan orqanlarının ticarət məqsədilə istifadəsi qətiyyən yolverilməzdir və bu insan hüquqlarına tamam ziddir. SİA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin strateji proqramlar və xüsusi layihələr üzrə direktoru Agis Tsouros Ermənistanın azərbaycanlı əsirlərinin orqanlarının ticarət məqsədilə satılmasına münasibət bildirərkən deyib.


O bildirib ki, indiyədək ÜST-də insan orqanlarının satılması - transplantasiyası ilə bağlı müzakirələrin aparıldığının şahidi olmayıb. Onun sözlərinə görə, ÜST rəsmisi bununla belə faktlara insan hüquqları nöqteyi-nəzərindən yanaşdıqlarını deyib. A.Tsourosun sözlərinə görə, transplantasiya qanunla tənzimlənir.


"Amma qanundan kənar orqanların istifadəsi və ya satılması qəti qadağandır. Qanundan kənar transplantologiyanın olması, hər cür orqanların ticarət məqsədilə istifadəsi qətiyyən yolverilməzdir", - deyə proqram direktoru əlavə edib.


ÜST-nin ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi Viv Teylor isə BMT-nin transplantasiya məsələsinə müdaxiləsi ilə bağlı bəzi şayələrin olduğunu söyləyib: "Bu tip fəaliyyəti BMT ilə əlaqələndirən şayiələr var. Bu qətiyyən mümkün deyil. BMT nəinki orqanların, hətta qanin ticarət məqsədilə satılmasına qarşısıdır", - Viv Teylor qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə