Veronika Stvartskova: “Gələcək illər əzində qeyri-infeksion xəstəliklərlə mübarizəyə 30 trilyon dollar xərclənəcək” - MÜNASİBƏT
Ölkələr qeyri-infeksion xəstəliklərin qarşısını almasalar insanların rifahı və sağlamlığının qayğısına qalmaq mümkün olmayacaq. SİA-nın xəbərinə görə, bunu Azərbaycanda keçirilən Ümumdünya Səhiyyə Təşkilayının Avropa Regional Komitəsinin 61-ci sessiyasında iştirak etmək üçün Bakıya səfər edən Rusiyanın səhiyyə və sosial inkişaf nazirinin müavini Veronika Stvartskova jurnalsitlərə veridyi açıqlamasında deyib.
Nazir müavini bildirib ki, ÜST-nin baş direktoru Marqaret Çenin dediyi kimi, gələcək illər əzində qeyri-infeksion xəstəliklərlə mübarizəyə 30 trilyon dollar xərclənəcək və bu da ölkələrin ümumdaxili məhsulunun 48%-ni təşkil edir. Onun sözlərinə görə, şənbə günü BMT-nin baş assambleyasında qeyri-infeksion xəstəliklərlə bağlı yüksək səviyyədə görüş keçiriləcək: "Biz ümid edirik ki,bütün ölkələrin siyasi liderləri bu qətnaməni davam etdirəcəklər. Hər kəsin keyfiyyətli tibbi yardım ala bilməsi üçün profilaktik prioritetləri saxlamaq ən əsas məsələlərdən biridir. Bu hər kəsin keyfiyyətli tibbi yardım alması üçün yeganə effektiv addımdır. Profilaktika gərək ümumölkə, sektorlararası xarakter daşımalıdır. Təsadüfi deyil ki, biz ümumdünya səhiyyə səhiyyə təşkilatında tez-tez deyirik ki, hökumətin hər bir naziri həm də səhiyyə naziri olmaldıır. Ona görə də bütün ölkələtrin qurumları və nazirlikləri, o cümlədən qeyri-hökumət təşkilatları insanların sağlamlığının qorunmasında birgə iştirak etməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB