Gəncədə seçki hüquqları üzrə ixtisaslaşdırılmış kurslara başlanılıb - FOTO
Mərkəzi Seçki Komissiyasının (MSK) tədbirlər planına əsasən respublikanın hər yerində olduğu kimi Gəncə şəhərində də seçki hüquqları üzrə ixtisaslaşdırılmış kurslara başlanılıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, treninqlərdə dairə və məntəqə seçki komissiyalarının sədr və üzvləri, prokurorluq, məhkəmə orqanlarının nümayəndələri iştirak edib. Kurslarda əsas məqsəd gələcək seçkilərə hazırlıq, seçki zamanı MSK üzvlərinin rolu və hüquqları kimi məsəllər müzakirə edilib. Seminarların gedişini paytaxtdan gələn mütəxəssislər də izləyib.
Təxminən 2 saata yaxın davam edən kursların birinci günündə seçki hüququnun və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri, seçki siyahıları ilə bağlı işlərin aparılması, seçki prosesi zamanı yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri, səslərin hesablanması və rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili kimi məsəllər ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçıları xüsusən yeni seçki orqanlarında çalışan şəxsləri maraqlandıran suallara aydınlıq gətirilib. Seminarlar daha 3 gün davam edəcək, əldə olunan nəticələr barədə Mərkəzi Seçki Komissiyasına ətraflı hesabat veriləcək.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB