Göygöldə bələdiyyə sədirləri məhkəməyə verilib

Göygöldə bələdiyyə sədirləri məhkəməyə verilib

Göygöl rayonunda bir neçə bələdiyyə sədiri məhkəməyə verilib. İddiaya əsasən məhkəməyə verilən şəxslər meşə qanunvericiliyini pozduqlarına görə cavab verməli olacaqlar. Bu barədə SİA-nın bölgə müxbirinə Göygöl Meşə Mühafizəsi və Bərpası müəssisəsinin direktor müavini Aslan Vəliyev məlumat verib.

Onun sözlərinə əsasən Göygöl və Hacıkənd meşələrinin ətrafında meşə fonduna aid topaqlar qanunsuz şəkildə istifadə olunub. Şikayət olunanlar Yeni Zod və Zurnabad kəndlərinin bələdiyyə sədirləridir. Ən diqqət çəkən məqam ondan ibarətdir ki, sözügedən bələdiyyə sədirləri meşə sahələrini heyvandarlıqla məşqul oloan şəxslərə icarəyə verirlər. Bu da nəticə etibarı ilə meşələrin mühafizəsini ləngidir və məhv olma təhlükuəsi ilə üz üzə qoyur.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə