Gəncədə seçki hüquqları üzrə ixtisaslaşdırılmış kurslara başlanılıb
Mərkəzi Seçki Komissiyasının (MSK) tədbirlər planına əsasən respublikanın hər yerində olduğu kimi Gəncə şəhərində də seçki hüquqları üzrə ixtisaslaşdırımış kursllara başlanılıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, treninqlərdə dailrə və məntəqə seçki komissiyalarının sədr və üzvüləri, prokurorquluq, məhkəmə orqanlarının nümayəndələri iştirak edib.
Kurslarda əsas məqsəd gələcək seçkilərə hazırlıq, seçki zamanı MSK üzvülərinin rolu və hüquqları kimi məsəllər müzakirə edilib. Seminarların gedişini paytaxtdan gələn mütəxəssislər də izləyib. Təxminən 2 saat yaxın davam edən kursların birinci günündə seçki hüququnun və onun təminatının qanunvercilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorounması mexanizimləri, seçki siyahıları ilə bağlı irşlərin aparılması, seçki prossesi zamanı yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri, səslərin hesablanması və rəsmiləşədirilmsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətilərinin təşkili kimi məsəllər ətrafında geniş fikir mübadiləsi aparlıb. İştirakçıları xüsusən yeni seçki orqanlarında çalışan şəxsləri maraqlandıran suallara aydınlıq gətirilib.
Seminarlar daha 3 gün davam edəcək əldə olunan nəticələr barədə Mərkəzi Seçki Kommisiyasına ətaflı hesabat veriləcək.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB