Azərbaycanda hakimliyə namizədlər üçün
növbəti imtahan keçiriləcək. Hakimlərin Seçki Komitəsindən SİA-ya verilən məlumata görə, sentyabrın 18-də Bakı İdman Sarayında keçiriləcək test
imtahanı ilə bağlı təşkilati məsələlər Komitənin iclasında müzakirə edilib.
İmtahan tam şəffaf şəraitdə, vahid auditoriyada keçiriləcək, nəticələr
imtahanın sonunda dərhal elan olunacaq. Test sualları
bilavasitə imtahan keçirilən zalda çoxsaylı yerli və beynəlxalq təşkilatlardan
olan müşahidəçilərin və mətbuat nümayəndələrinin iştirakı ilə saat 10:00-dan
etibarən seçiləcək.
Hakimliyə namizədlər \"İmtahana buraxılış vərəqəsi\"ni şəxsiyyət
vəsiqəsini təqdim etməklə Hakimlərin Seçki Komitəsindən almalıdırlar. Buraxılış
rejiminin və namizədlərin yerləşdirilməsinin təmin olunması üçün hakimliyə
namizədlər imtahana gecikmədən, buraxılış vərəqəsində göstərilən vaxtda
gəlməlidirlər. 6 ay davam edən sənəd qəbulu zamanı 414 hüquqşünas hakim olmaq
üçün namizədliyini irəli sürüb, onların imtahanlara hazırlaşmalarına kömək
məqsədilə müvafiq kurslar təşkil edilib.
100-dən çox namizədin iştirak etdiyi kurslarda hüququn müxtəlif sahələri üzrə
təcrübəli mütəxəssislərin çıxışları dinlənilib, namizədləri maraqlandıran
suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB