Elmin İnkişaf Fondu tərəfindən “Qrant layihələrinin idarə olunması və yerinə yetirilməsi üzrə seminar və təqdimat keçirilib
"Hyatt Regency" otelində təşkil olunan tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun 2011-ci ilin 1-ci müsabiqəsinin qalibi olmuş, 82 layihə rəhbərləri, Elmin İnkişaf Fondunun Himayədarlar Şurasının üzvləri, Fondun 2010-cu il üzrə 1-ci müsabiqəsinin qalibi olmuş və təqdimatı keçirilən bir neçə layihənin rəhbər və icraçıları, Fondun icraçı direksiyasının əməkdaşları, qonaqlar və KİV nümayəndələri iştirak ediblər.
SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev dövlət müstəqiliyimizin 20 illiyini qeyd edən respublikamızın bu illərdə Ümummilli Lider H.Əliyevin və ölkə başçısı cənab İ.Əliyevin rəhbərliyi ilə əldə etdiyi uğurlardan, inkişafın bütün sahələri kimi, elmin inkişafı istiqamətində də görülən çoxşaxəli və perspektivli işlərin effektivliyindən söhbət açıb. 2011-ci ilin 1-ci müsabiqəsinin nəticələrinə toxunan Elçin Babayev 2010-cu illə müqayisədə qalib layihələrin sayının təqribən iki dəfə artığını, təkcə elmin flaqmanı olan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) təşkilatlarının deyil, həmçinin universitetlərin, nazirliklər və digər qrumların nəzdində olan təşkilatların, QHT-nin də qaliblər sırasında olduğunu vurğulayıb: "Fond beynəlxalq əlaqələrə də xüsusi diqqət yetirir. Avropa Komissiyasının Tədqiqat və Texnoloji İnkişaf üzrə 7-ci çərçivə proqramı hüdudlarında genişləndirilmiş Qara dəniz regionunda birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi üzrə müştərək pilot qrant müsabiqəsi çağırışına Elmin İnkişaf Fondu da qoşulub və Azərbaycan alimləri 8 layihədə iştirak edib".
Daha sonra Millət vəkili, AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva rəhbəri olduğu və Fond tərəfindən maliyyələşdirilən "Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən orta əsrlər və yeni dövr xəritələrinin axtarılması və sürətlərinin ölkəmizə gətirilməsi" adlı layihənin yerinə yetirilməsi və layihə üzərində aparılan iş barədə danışıb.
Tədbirin sonunda Elmin İnkişaf Fondunun maliyyəlşdirdiyi qrant yolu ilə nəşr olunmuş "Azərbaycanda qadınların reproduktiv sağlamlığının ətraf mühitin təsirindən asılılığı" monoqrafiyasının təqdimatı da keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB