10 sentyabr 2011-ci il tarixində "İRƏLİ" Gənclik Mərkəzinin Şuşa zalında "Şərq Mirvarisi" layihəsi çərçivəsində ilk təlim həyata keçirilib. "Memarlıq nədir?" adlı ilk təlim gənc memar Leyla Əliyeva tərəfindən keçirilib. "İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, təlim zamanı gənclərə qısaca olaraq memarlıq barədə ilkin məlumatlar verilmiş, təqdimat keçirilmiş, həmçinin gələcək təlimlərin mövzuları açıqlanıb. Görüş müzakirələr şəkilində davam etdirilib.
Xatırladaq ki, incəsənətə və memarlığa marağı olan gənclər üçün həyata keçirilən "Şərq Mirvarisi" layihəsinin əsas məqsədi Azərbaycan gənclərinə incəsənət və memarlıq haqqında dolğun və geniş məlumat vermək, onlarda bu sahəyə maraq oyatmaqdır.
Layihə çərçivəsində müxtəlif təqdimatların, interaktiv mühazirələrin, seminarların keçirilməsi, diskussiyaların, tədqiqatların aparılması nəzərdə tutulmuşdur.
Təlimlər hər şənbə günü saat 14:00-da "İRƏLİ" Gənclik Mərkəzinin Şuşa zalında keçiriləcəkdir.
Qeyd edək ki, iRadionun dinləyiciləri bu həftədən etibarən hər həftənin çərşənbə günüsaat14:30-da efirə gedəcək "Şərq Mirvarisi" adlı verilişi onlayn dinləməklə də memarlıq barədə dolğun informasiya əldə etmək imkanı qazana biləcəklər.
Maraqlanan şəxslərdən[email protected] ünvanına müraciət etmələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB