Fransa və İspaniya arxivlərində Azərbaycanla bağlı 80-dən çox xəritə aşkarlayaraq surətini çıxarılıb
Azərbaycan Milli Məclisinin deputatı, AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva "Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən orta əsrlər və yeni dövr xəritələrinin axtarışı və surətlərinin ölkəmizə gətirilməsi adlı layihə çərçivəsində" 80-dən çox xəritənin surətini çıxarıb, elektron variantlarını hazırlayıb və çəkilişlər aparıb.
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu tərəfindən "Qrant layihələrinin idarə olunması və yerinə yetirilməsi üzrə seminar və təqdimat" adlı tədbirdə çıxışı zamanı Gövhər Baxşəliyeva məlumat verib.
Millət vəkili layihə çərçivəsində İspaniya və Fransaya ezam olunub, bu ölkələrin kitabxana və arxivlərində araşdırmalar aparıb. X-XIII əsrin birinci yarısında tərtib olunan bu xəritələr Azərbaycanın tarixi əraziləri haqqında həqiqəti olduğu kimi əks etdirir: "Məsələn, onlardan birində Azərbaycan əraziləri şimaldan Bab al-Arvaddan (Dərbənd) bir qədər də yuxarıyadək torpaqları, cənubda indiki cənubi Azərbaycan ərazisini və ondan daha cənubda yerləşən Ərməniyyə vilayətini əhatə edir. Bu xəritə bir daha təsdiq edir ki, erməni təbliğatının "Dənizdən dənizə Böyük Ermənistan" xülyası böyük yalandan başqa bir şey deyil".
Məlumat üçün bildirək ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu tərəfindən maliyyələşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB