BƏƏ-dəki Azərbaycan diasporunun sədri beynəlxalq çempionata dəvət edilib
Dubayda mərhum Seyx Raşed bin Said Әl-Mәktum adına 13-cü beynəlxalq voleybol çempionatı keçirilir.Yarışın açılışına Birləşmiş Ərəb Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin sədri Samir İmanov da dəvət olunub. Bu barədə SİA-ya Samir İmanovun özü məlumat verib. Açılış mərasimindən əvvəl Samir İmanov onu dəvət edən BƏƏ voleybol federasiyasının prezidenti və eyni zamanda, Dubayın Dәniz şəhərinin (Dubai Maritime City) müdiri Amer Әli ilə görüş keçirib.Görüş zamanı cəmiyyət sədri Azərbaycanda idmanin inkişafı, son illərdə qazanılan uğurlar, dövlətimizin idmana böyük diqqət və qayğı göstərdiyi barədə məlumat verib. S.İmanov dövlət müstəqilliyimizin 20 illiyi, onun tarixi, bütün digər sahələrdə olduğu kimi son 20 ildə idman sahəsində də ölkəmizin dünyada yüksək səviyyədə təmsil olunması barədə danışıb.
Federasiyanin prezidenti də öz növbəsində Samir İmanova açılışa dəvəti qəbul etdiyi üçün təşəkkürünü bildirib və voleybol üzrə BƏƏ yığmasının keçdiyi inkişaf yolu və nailiyyətləri haqda cəmiyyet sədrinə məlumat verib və gələn il keçiriləcək 14-cü beynəlxalq yarışda Azərbaycanın voleybol yığma komandasının da iştirakını arzu edib və bu işdə ona yardım edilməsini Samir İmanovdan xahiş edib.
S.İmanov da öz növbəsində bu diqqətə görə ona təşəkkür edib və gələn ilki çempionata qədər bu əlaqələrin qurulmasına səy göstərəcəyini bildirib. Görüşdə Samir İmanov DİDK tərəfindən Dubaya göndərilən içərisində Azərbaycanın xəritəsi təsvir edilən suveniri, Heydər Əliyev Fondunun hazırladığı "muğamın dirçəlişi" disk və kitabçadan ibarət toplumu və eləcə də Azərbaycan xalçaları kitabıni BƏƏ voleybol federasiyasının prezidentinə hədiyyə edib. Amer Əli isə öz növbəsində BƏƏ voleybol federasiyasının simvolunu qarşılıqlı olaraq ona hədiyyə edib. Sonra Dubay Әmirinin oğlu Şeyx Mәcid bin Mәhәmmәd Әl-Mәktumun və Şeyxә Şәmsә Әl-Mәktumun, BƏƏ digər rəsmilərinin iştirakı ilə çempionatın rəsmi açılış mərasimi olub.
Beynəlxalq yarısın 1-ci günü başa çatdiqdan dərhal sonra hakim ailənin üzvü, BƏƏ-də qadın idmanının inkişafinda böyük əməyi olan BƏƏ voleybol federasiyasının rəyasət heyətinin üzvü və eyni zamanda, BƏƏ qadınlardan ibarət voleybol yığmasının rəhbəri və sponsoru Şeyxә Şәmsә Әl-Mәktum Samir İmanovla görüşüb və Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının uğurlarından xəbərdar olduğunu bildirib. Samir İmanov da xanın Əl-Məktuma ölkəmizin idman sahəsində nailiyyətlərindən bəhs edib vә Azərbaycanda digər sahələrə olduğu kimi idmana da dövlət başçısı tərəfindən şəxsən göstərilən dəstək və diqqət haqda ətraflı məlumat verib. Şeyxә Şәmsә Әl-Mәktum Azərbaycanla voleybol və ümumiyyətlə idman sahəsində əlaqələrin daha sıx inkişafında maraqlı olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB