Mobil nömrələr bazarı “od tutub yanır” - Araşdırma

Mobil nömrələr bazarı “od tutub yanır” - Araşdırma
Mobil telefonda yaddaqalan nömrə işlətmək \"prestij\" hesab olunur. Dəbdə olan mobil telefon və nömrə almaq üçün dəridən-qabıqdan çıxanların sayı durmadan artır. Hətta rəqəmlərin düzülüşünə görə yaddaqalan CSM nömrə almaq üçün cibinin son qəpiyini belə xərcləyənlər var.

Bundan məharətlə istifadə edən mobil operatorlar isə sim nömrələrin qiymətini durmadan artırırlar. Hazırda ölkədə fəaliyyət göstərən hər üç operatorun nömrələri adi, orta və "zerkalnı" nömrələrə bölünüb. Mobil nömrələrin qiyməti günbəgün bahalaşmasının CSM nömrələrin satışını həyata keçirən diller və distribüter mağazalarda apardığımız müşahidə zamanı şahidi olduq. Ən bahalı isə "Azercell" şirkətinin nömrələridir. İş o yerə çatıb ki, şəhərin mərkəzindəki "Azercell"in diller mağazalarında 10 manata nömrə tapmaq müşkülə çevrilib. Nömrələr 15 manatdan başlayaraq 1000 manata, hətta bundan da baha satılır. Nömrələrin kataloqu da qiymətindən asılı olaraq çeşidlənib. Əgər kimsə 5-6 manata \"Azercell\" nömrəsi axtarmaq fikrinə düşərsə bu hətta satıcıların gülüşünə də səbəb ola bilər. Çünki müşahidələrimiz zamanı heç bir nömrə kataloqunda bu qiymətə nömrəyə rast gələ bilmədik.

Mobil operatorlar isə satışda olan bahalı nömrələri qiymətini adi nömrələrin qiymətindən fərqlənmədiyini iddia edirlər. Əldə etdiyimiz məlumata görə, onlar bütün nömrələrin adi nömrələrin qiyməti ilə sənədləşdirirlər. Burada məqsəd vergidən yayınmaqdır. Çünki mobil operatorlar yaddaqalan nömrələri adi nömrələr qiymətinə sənədləşdirməklə vergidən yayınır və bundan yüksək gəlir əldə edirlər.

\"Azərcell\" şirkətindən bildirdilər ki, şirkət nömrə satışından yox, telefon danışıqlarından gəlir əldə edir: \"Bütün nömrələr distribüterlərə eyni qiymətə verilir. Nömrələrdən şirkətə gəlir çatmır. Dilerlər nömrələri bizdən bir qiymətdən alıb bazarda tələbata uyğun olaraq baha satırlar\".

Ancaq nömrə satışı ilə məşğul olan mağazalar isə nömrələrin şirkətdən baha qiymətə aldındığını bildirdilər. "Sahil" metro stansiyasının yaxınlığındakı nömrə satışı mağazalarından birində çalışan satıcı bildirdi ki, bəzi nömrələr \"qızıl\" nömrə sırasına aid olduğundan qiymətlər arasında fərq var: "Satışda 2-3 minə də nömrə var. Bu nömrələri adi nömrələrlə eyni qiymətə satmaq mümkün deyil. Məsələn 200 00 02 nömrəsinin qiyməti 500 manatdır. Bu nömrəni adi qiymətə necə sata bilərik".

Oxşar vəziyyət \"Bakcell\" və "Azərfon" şirkətinin də nömrələrinə şamil etmək olar. Bu şirkətlərdən də, satışa verilən yaddaqalan nömrələrə fərqli qiymət qoyulmadığını bildirdilər. \"Bakcell\" şirkətinin sözçüsünün dediyinə görə, yalnız \"Qold klub\"a daxil olan seçilmiş nömrələrin qiyməti bir qədər bahadır. Ancaq dilerlərə satılan nömrələrin arasında fərq yoxdur.
Ancaq www. nomrem. az saytına baxmaq kifayətdir ki, tamam başqa mənzərə ilə rastlaşasan. Orada "Baksell" şirkətinin nömrələri kifayət qədər baha qiymətə sərkilənir.
Məsələn (055) 311-1114 - 250 AZN: (055) 311-1119 -250 AZN: (055) 212-0404 - 220 AZN: (055) 444-5544 -400: (055) 200-0091 Qiyməti: 550: (055) 226-9999 600: (055) 211-3141 – 800 manatadır.
\"Bakcell\" də yaddaqalan ən ucuz nömrənin qiyməti 500 manat, rəqəmlərin düzülüşünə görə daha yaddaqalanları isə 2000 manata satılır. Ancaq "Baksell" in adi nömrələrin 5-7 manata almaq mümkündür.

\"Azərfon\" şirkəti isə nömrələr arasında fərq qoyulduğunu etiraf edir. Şirkətdən bildirildi ki, \"gümüş\" və "qızıl" nömrələrin qiyməti digərlərindən fərqlənir. Apardığımız araşdırma zamanı "Nar" nömrələrin qiymətlərinin digər abunəçilərdən geri qalmadığını öyrəndik. Hazırda (070) 3711717 – 160 manat, (070) 3707077- 250 manat, (077) 3939393 – 2000 manat, (070) 3688888 – 380 manat, (070) 3453355 - 2000 manat, (070) 3040000 -1200
manata satılır.

Qeyd edək ki, "zerkalnı" nömrə anlayışı bir çox ölkələrdə mövcuddur. Hətta yadaqqalan nömrələr auksionlara da çıxarılır. Elə ölkələrdə də var ki, bu kimi anlayış onlara tamamilə ziddir. Məsələn Rusiyada bütün nömrələrin qiyməti 3-4 manatadır. Türkiyədə də nömrələrə heç bir fərq qoyulmur. Ancaq Böyük Britaniyada 1989-cu ildən yaddaqalan nömrələrin satışı üçün xüsusi hərraclar təşkil edilir. Bu isə krallığın büdcəsi yarım milyard funt-sterlinq gəlir gətirir.


Bütün xəbərlər Facebook səhifəmizdə