Sumqayıtda \"Güney Azərbaycan bu gün\" mövzusunda tədbir keçiriləcək
\"Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi\" İctimai Birliyi \"Güney Azərbaycan bu gün\" mövzusunda tədbir keçirəcək. SİA-nın xəbərinə görə, tədbirdə Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlının iştirak edəcəyi gözlənilir. Bununla yanaşı, ictimai birlik \"Polis və vətəndaş münasibətləri\" mövzusunda dəyirmi masa keçirməyi də planlaşdırır. Dəyirmi masada polis sahə müvəkkilləri, Sumqayıt şəhər Polis İdarəsinin nümayəndələri də iştirak edəcək. Artıq hər iki tədbirin hazırlıqlarına başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB